GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildən olan azərbaycanlı fəallar irqçi fars rejimin Qaradağda meşə yanğınlarını qəsdən söndürməməsinə özünə məxsus şəkildə etiraz ediblər.
İrqçi fars rejimin yanğınları söndürməyə lazimi texnikanı göndərməməsi azərbaycanlı milli-mədəni fəalların narazılığına səbəb olub. Azərbaycanlı fəallar Ərdəbil şəhərinin divarlarına bununla bağlı şüarlar yazmaqla Antiazərbaycan rejimə öz etirazlarını bildiriblər.
Azərbaycanlı fəallar rejimin ayrı-seçkilik siyasətinə etiraz məqsədilə müxtəlif yerlərdə şəhərin divarlarına qrafit texnikası ilə “Qaradağ meşələri mərkəzçi qüvvələrin ayrı-seçkilik siyasətinin oduna yandı” şüarını yazıblar.
Qeyd edək ki, avqustun 20-dən Güney Azərbaycanın Qaradağ bölgəsində meşələrdə yanğın meydana gəlmiş və yüzlər min hektar meşə zolağı yanıb məhv olmuşdur. Rejim isə günlərlə davam edən yanğınların söndürülməsinə helikopter və başqa texnika göndərməmişdir.