Çərşənbə , İyun 10 2026
azfa

Qaradağda 3000 il əvvəlin qəbriləri araşdırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsində 3000 il əvvəlin qəbriləri araşdırılır.

Mədəni İrs və Turizm Tədqiqat Mərkəzinin ictimai əlaqələr şöbəsinin rəisi Nəsrin Qəhrəmani bununla bağlı deyib: “Şərqi Azərbaycanın Kəleybər şəhərinin cənub-qərbində yerləşən qəbirlərdə arxeoloji qazıntılar başlanıb. Tikilən su anbarının suyu altında qalma təhlükəsi ilə üzləşən qədim abidələrin xilası ilə bağlı keçirilən əməliyyatlar çərçivəsində aparılan qazıntılar həmin tədqiqat mərkəzi ilə Şərqi Azərbaycan Regional Su Şirkəti arasında müqavilə bağlanaraq başlanmalı idi. Lakin Su Şirkəti buna razılıq vermədi və abidənin yüksək tarixi əhəmiyyətə malik olması səbəbindən yerli əhlinin köməyi və tədqiqat mərkəzinin rəisinin icazəsi ilə qazıntılara başlanıldı. Qazıntılar Növcə kəndinin cənub hissəsində yerləşən “Şahlıq” və “Qara Daşlı” qəbiristanlarında həyata keçib. Tapıntılar 1000 il miladdan əvvəlki dövrdə cənazələrin yandırılma izinin olması ehtimalını da ortaya çıxardı. 20*18, 15*16 və 7*8 ölçülərində aparılan hər üç qazıntı bu fərziyyəni gücləndirir. Lakin götürülən küllər üzərində analizlər aparılmalıdır. Son nəticə məhz analizlərdən sonra məlum olacaq. Yunan tarixçisi Herodotun yazdığına görə “Saka”ların qəbiristanları ən dəyərli əmlak hesab ediblər. Dəfn mərasimi isə olduqca sirli və təntənəli olub. Qazıntıların birində cəsədləri doğranmış 4 uşaq həmin külün üst tərəfində müntəzəm formada quylanmışdır. Bunlarda ikisi qız uşağı olub, qalan iki uşağın qalıqları aradan getdiyi üçün cinsiyyətini müəyyən edə bilmədik. Qəbirdə qadına məxsus olan sancaqlar göstərir ki, cəsəd bir xanıma məxsus olub. Həmçinin, həmin ölüyə hədiyyə olunan və onunla dəfn olunan bəzi heyvanların qalığı da tapılıb”.

Həmçinin yoxlayın

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

ABŞ İran daxilində 20 hədəfə zərbə endirdiyini açıqladı

GADTB: ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Fox News telekanalına bildirib ki, çərşənbə axşamı gecəsi həyata …

Bir cavab yazın