Çərşənbə axşamı , May 19 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Təməddün həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Məhəmməd Təməddüni dekabr ayının 19-da tutularaq Urmiya həbsxanaya salınıb.

Həmin türk fəal Yasir Əkbəri ilə birlikdə 2004-cü il iyul ayının 17-də Beynəlxalq Karate yarışında Azərbaycan Respublikasının bayrağı ilə şəkil çəkdirdiyi bir neçə azərbaycanlı fəalla birlikdə Təhlükəsilik qüvvələri tərəfindən yaxalanmış və Urmiyanın polis İdarəsinin Təhlükəsilik bölməsinə aparılmışdır. Onun tablet və mobil telefonu da məmurlar tərəfindən zəbt edilmişdir. 22 nəfərin mühakiməsi keçirilib.

Fəallar Nima Həsəni, Əta Kərimi və Məhəmməd Təməddüni hərəsi 6 ay həbsə məhkum ediliblər. Apelyasoya məhkəməsi isə onların həbsini bir aya endirib. Rejimin məhkəməsi azərbaycanlı fəalları yalan ittihamlarla İran sistemi əlehinə və separatçı qrupların xeyrinə təbliğdə ittiham edib.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın