Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı siyasi məhbuslara qəsdə görə rejimin məhkəməsi və ETTELAAT-ına qarşı şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 9-da bir qrup azərbaycan milli-mədəni fəal Ərdəbildə həbsdə olan azərbaycanlı siyasi məhbuslara qəsdə görə rejimin məhkəməsi və ETTELAAT-ına qarşı divarlara şüarlar yazıblar.

Rejimin məhkəmə və ETTELAAT rəsmilərinin Ərdəbil zindanında həbsdə koronavirusa yoluxdurulmuş azərbaycanlı siyasi məhbusların vəziyyəti barədə yalan açıqlamalarına etiraz olaraq azərbaycanlı fəallar Ərdəbilin əsas küçələrində, o cümlədən Ordu meydanında divarlara etiraz şüarları yazıblar.

Fəallar “İnkar çirkinlikdir, tam bir senzuradır” məzmunlu şüarlarla rejimin azərbaycanlı siyasi məhbuslara qəsd törətmək niyyətini pisləyiblər.

Qeyd edək ki, irqçi fars rejim və onun mediası koronavirus xəstəliyinə yoluxdurduğu azərbaycanlı siyasi məhbusların vəziyyətinin ağır olmasını danmaqla, onları qəsdən öldürməyə çalışır.

Rejimin Ərdəbbildə yerləşən zindanında koronavirus xəstəliyi geniş yayıldığı üçün azərbaycanlı siyasi məhbusların həyatı təhlükəyə düşüb. Artıq Abbas Lisani, Yusif Kari, Əli Vasiqi və s. azərbaycanlı siyasi məhbuslar koronavirus xəstəliyinə yoluxublar. Xüsusilə Abbas Lisaninin vəziyyətinin ağır olduğu bildirilir.

Yusif Kari və Əli Vasiqi ailə üzvləri ilə telefon əlaqəsi zamani Abbas Lisaninin vəziyyətinin ağır olduğunu, tənəffüs problemi yarandığını bildiriblər.

Həmçinin həkimlərin zindanda imkanların az olması səbəbindən həmin məhbusların zindan xaricində xəstəxanada müalicə alma zərurətini bildirməsinə baxmayaraq, zindan rəhbərliyinin buna imkan vermədiyi qeyd edilir.

Belə vəziyyətdə isə rejimin rəsmiləri və mətbuatı acınacaqlı vəziyyətin olmasını inkar etməyə və azərbaycanlı məhbusların həyatını itirməsinə şərait yaratdığı müşahidə edilir. 8 dekabr tarixində rejimin “Cumhuriye İslami” Xəbər Agentliyi, “Gənc Jurnalistlər Klubu”, həmin quruma bağlı olan “Cavan” xəbər saytı və İranın ETTELAAT və terrorçu Sepahına bağlı başqa xəbər saytları Ərdəbil zindanında koronovirus infeksiyasının yayılmasını inkar ediblər.

Rejimin həmin media qurumları rejimin Ərdəbildəki zindanının rəisi Seyid Müctəba Seyid Hüseyninin məqsədli şəkildə yalan açıqlamasını yayıblar.

Seyid Müctəba Seyid Hüseyni məhkumların sağlıq durumu ilə bağlı xəbərləri təkzib edərk, deyib: “İndiyə qədər Ərdəbil əyalətinin həbsxanalarında koronavirus xəstəliyinə yoluxma halları müşahidə edilməyib və bu barədə yayılan xəbərlər yalnışdır”.

Beləliklə, irqçi fars rejim məqsədli şəkildə azərbaycanlı siyasi məhbusların sonuna çıxmaq istəyir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın