GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda Əllamə Təbatəbayi Universitetinin jurnalistka fakültəsində təhsil alan azərbaycanlı öyrənci Məleykə Qaragözlü girov qarşılığında zaminə buraxıldı.
Azərbaycanlı fəal 600 milyon riallıq vəsiqə qarşılığında dekabrın 1-də rejimin Evin zindanından müvəqqəti zaminə buraxılıb.
Fəalın keçirilən etiraz aksiyaları zamanı yaxalandığı və Sepahın kəşfiyyat mərkəzinə məxsus bölməsində saxlandığı bildirilir. Hazırda isə 600 milyon riallıq vəsiqə qarşılığında müvəqqəti azadlıqdadır.