Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycan amfibiya təyyarəsi Türkiyədə yanğınları söndürməyə davam edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.

 “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Foça istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – FHN-in məlumatında diqqətə çatdırılıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …