Çərşənbə , Noyabr 4 2026
azfa

Azərbaycan Fransaya nota verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.

Bu çərçivədə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.

Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb.

Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Həmçinin yoxlayın

Respublikaçıların Konqresin hər iki palatasında məğlubiyyətindən sonra Tramp “Truth Social” şəbəkəsində “VETO” yazılmış papağın şəklini paylaşdı

GADTB: ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə demokratların qələbələrinə cavab olaraq “Truth Social” …

Pezeşkian hökumətində Xəzər dənizinin adının yunan mənşəli adla dəyişdirilməsinin təsdiqlənməsi təklif olunur

GADTB: İran Prezidentinin birinci müavini Məhəmmədrza Arif Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini istəyib və …