Azərbaycan hərbçiləri ermənilərin hücumundan sonra Qafan-Gorus yolunu bağladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qubadlı istiqamətində dünən Azərbaycan Ordusunun əsgərinin erməni hərbçiləri tərəfindən hücuma məruz qalmasından sonra Qafan-Gorus avtomagistralının Azərbaycan ərazisindən keçən hissəsi qapadılıb.

Bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, yol dünən gecə 23:00-da qapadılıb, yolda qalan nəqliyyat vasitələri isə buradan evakuasiya olunub.

Ermənistanın ombudsmanı Arman Tatoyan isə ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycanın izn verdiyini, amma yolun qapalı saxlanıldığını bildirib. O, hazırda Rusiya sərhədçilərinin Azərbaycanla danışıqlar apardığını söyləyib.

Qeyd edək ki, dünən Azərbaycan Sərhəd Xidməti Qubadlı rayonu ərazisində iki erməni hərbçinin hərbçimizə hücum etdiyini və onu yaraladığı haqqında məlumat yaymışdı.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …