Cümə axşamı , Mart 13 2025
azfa

Azərbaycan Keşikçidağla bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Keşikçidağla bağlı açıqlama yaydı. Bəyanatda deyilir ki, “Keşikçi-dağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb:

“Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb”.

Həmçinin yoxlayın

Britaniya: “Lazım gələrsə, İrana qarşı tətik mexanizmini işə salacayıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün …

Azərbaycanlı milli fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayətinə baxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayətinə …

Bir cavab yazın