Bazar , Noyabr 29 2026
azfa

Təbrizdə tarixi Rəbirəşidi abidəsi ərazisi şühbəli şəkildə yandırıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən axşam saatlarında Təbrizdə yerləşən tarixi Rəbirəşidi abidəsi ərazisi şühbəli şəkildə yandırılıb.

Mayın 3-də saat 18:00 radələrində baş verən yanğını yanğınsöndürənlərin cəhdinə baxmayaraq, çox çətinliklə spöndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Qeyd edk ki, təxminən 13 hektar sahəsi olan Rəbirəşidi 700 il öncə Elxanilər dövlətinin vəziri Rəşidəddin Fəzlullah tərəfindən təsis edilib. Rəbirəşidi şəhərciyində 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam və zərbxana, eləcədə 7 min tələbəsi və 450 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi.    

Təbrizdə tarixi Rəbirəşidinin ərazisi yandırıldı

Publicerat av Ali Huseyn Onsdag 3 juni 2020

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

Bir cavab yazın