
GADTB: Tehranın ümumi və inqilab prokuroru Əli Salehi Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumda təqsirləndiriln şəxslərə qarşı istintaqının bir hissəsinin başa çatdığını və ittiham aktının verildiyini elan edib.
Tasnim xəbər agentliyinin məlumatına görə, prokrorluq rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin ittihamının baxılması prosesi məhkəmə sistemi tərəfindən kifayət qədər operativ və dəqiqliklə diqqətdə saxlanılır.
Əli Salehi qeyd edib ki, 2023-cu ilin yanvarın 23-də şəxsi zəmində odlu silahdan istifadə edilərək baş verən hücum səfirlik əməkdaşlarından birinin ölümü, digər üç əməkdaşının yaralanması və səfirliyin əmlakının bir hissəsinə zərər dəyməsi ilə nəticələnib.
Tehran Cinayət Prokurorluğunda məhkəmə istintaqı başa çatdıqdan sonra bu iş üzrə təqsirləndirilən şəxs Azərbaycan vətəndaşını səfirlik daxilində odlu silahdan istifadə etməklə qəsdən öldürməkdə silah və döyüs sursatı gəzdirmə və saxlama ittihamına ilə 1 ədəd kalaşnikov avtomatı və 1 ədəd tapança gəzdirmə və ictimai asayişi pozma ilə ağır cəzaya məhkum edilmə, eyni zamanda digər ittihamlarla isə Azərbaycan Respublikası vətəndaşı olan səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirilməsi ilə bağlı iş davam etdirilir .
O işlə bağlı digır şübhəli məqamkarın da mövcud oldugunu bildrib.
Salehi bildirib ki, bu işin ətrafında qərəzli ünsürlər tərəfindən iki ölkə – İran və Azərbaycan arasında münasibətlərə xələl gətirmək məqsədi ilə yaradılan təxribata baxmayaraq Baş Prokurorluğun yaxından əməkdaşlığı ilə diqqətlə baxılıb. İki ölkənin ədliyyə orqanları cəza verilmə prosesinə çatıblar.
Tehran prokuroru məhkəmə sisteminin İran İslam Respublikasının digər ölkələrlə əlaqələrini tənzimləyən münasibətlərin qorunması və diplomatik vəzifələrdə çalışan xarici vətəndaşların qanuni hüquqlarının qorunması istiqamətində həssaslığını vurğulayıb.
Məhkəmə sisteminin bu işin araşdırılmasının başlandığı gündən səyləri sözügedən hadisənin bütün aspektlərinin aydınlaşdırılması Azərbaycanın məhkəmə sistemi ilə davamlı qarşılıqlı əlaqə, bu işə ədalətli və real baxılması olub.
O iş üzrə iki ölkə arasında məhkəmə əməkdaşlıgı prosesinin sona qədər davam edəcəyinə və səlahiyyətli məhkəmənin təqsirləndirilən şəxsələrlə ədalətli hökm çıxararaq qəti nəticəyə gələcəyinə ümid etdiyini bildirib.