Bazar , Noyabr 29 2026
azfa

Azərbaycan türkcəsində çəkilən qısa bədii film yayımlanacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  “Taymaz” qısametrajlı bədii filmi Hindistanın Beynəlxalq Uşaq Filmləri Festivalının təşkil etdiyi tədbirdə yayımlanmağa vəsiqə qazanıb. Filmin rejissoru Məryəm Əsgəri Dəstcerd olub. Film aprelin 16-da və 20-də Sülh Teatrında (Peace Theatre) ekranlaşdırılacaq.

Həmçinin bədii əsərin beynəlxalq yayımı Zəhra Türkmənli vasitəsilə olacaq.

Hindistanın Beynəlxalq Uşaq Fimləri Festivalı (ICFF) aprel ayının 15-dən başlamaqla 21-dək davam edəcək. Laureatlar üçün pul mükafatı və Qızıl Sertifikatla təltif olunacaqları nəzərdə tutulub.

Həmçinin yoxlayın

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …