Cümə axşamı , Sentyabr 10 2026
azfa

Azərbaycan və Ermənistan əsirləri dəyişdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

Digər tərəfdən isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “Ermənistan və Azərbaycan qoşunların dövlətlərarası sərhəddən çıxarılması ideyasını müzakirə edirlər”.

O qeyd edib ki, “qoşunların çıxarılması müsbət effekt verəcək və mümkün yeni eskalasiyanın qarşısını almağa kömək edəcək.

Bununla belə, nazir hələlik razılığın əldə olunmadığını vurğulayıb.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası İranın nüvə sanksiyalarının müzakirəsinə dair gündəliyi 11 səslə təsdiqləyib

GADTB: BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirilən rəsmi iclasında İran İslam Respublikasının nüvə proqramı və …

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …