Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycan və Türkiyənin döyüş təyyarələri birgə havaya qalxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda keçiriləcək, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …