Cümə , Dekabr 27 2024
azfa

Azərbaycana dəstək aksiyasına görə İran rejiminin yaxaladığı Həmid Cabbarlı müvəqqəti zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Həmid Cabbarlı 11 gün işgəncə və həbsdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Azərbaycanlı fəal üçün dünən vəsiqə hazırlansa da rejim dünən fəalı zaminə buraxmamışdır. Bu gün isə fəalın qardaşı bu barədə məlumat paylaşaraq bildirmişdir ki, artıq mülki vəsiqə qarşılığöında qardaşı zaminə buraxılıb.

Qeyd edək ki, iyulun 16-da Təbriz şəhərində Azərbaycanın Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı saxlanılan Yasəmin Zəfəri, Həkimə Əhmədi, Məqsud Fəzli Çimənzəmin, Rəhim və Sədullah Sasanidən 7 gündür ki heç bir məlumat yoxdur. Təbrizin milli fəalları bu 5 azərbaycanlı fəalın Sepah-ın təcridxanasına köçürüldüyünü güman edirlər.

Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etmişdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın