Cümə axşamı , May 9 2024
azfa

Azərbaycana dəstək mitinqinə görə yaxalanan Salar Tahir Əfşar elektronik qandaldan azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarın ayağına bağlanmış elektron qandal çıxarılıb.

İyul 19-da elektron qandalla İran rejiminin Urmiyadakı zindanından məzuniyyətə buraxılan azərbaycanlı fəalın həbs müddəti 18 dekabrda bitdiyi üçün ona tətbiq edilən məhdudiyyət aradan qaldırılıb və elektron qandaldan azad edilib.

Salar Tahir Əfşar səyahət məhdudiyyəti şərti ilə zindandan buraxılması, zindanlarda məhbusların sayının azaldılması məqsədilə təxminən 3 il əvvəl elektron cihazların istifadəsinə dair icra qaydalarının tətbiqi ilə baş tutub.

Qeyd edək ki, azərbaycanlı fəal Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pislədiyi üçün İran rejimi tərəfindən ilkin məhkəmə stansiyasında “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilsə də, Apellyası Məhkəməsi ona müvafiq olaraq ikinci ittihamından bəraət verərək, həbs cəzasını 1 ilə endirmişdi.

Salar Tahir Əfşar iyulun 16-da Güney Azərbaycanda Ermənistanın Azərbaycanın Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmiyada yaxalanıb və bir neçə gün sonra 50 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı fəal həmçinin sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Güney Azərbaycanda Azərbaycan Respublikasına dəstək və İranın Ermənistana hərbi yardımına etiraz üçün keçirilən mitinqlərlə əlaqədar yaxalanmışdı.

Salar Tahir Əfşar milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə yaxalanaraq, həbs və təzyiqlərlə qarşılaşmışdı.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …