GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda çəkilən “Hədis” cizgi filmi Annesi Beynəlxalq Animasiya Filmləri Festivalına qatılıb.
Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada ədalət uğrunda mübarizə aparan gənc qızın təsviridir.
Qısametrajlı cizgi filmi 21 sentyabr 2022-ci ildə İranda etiraz aksiyaları zamanı molla rejimin məmurları tərəfindən güllələnərək öldürülən 22 yaşlı azərbaycanlı gənc Hədis Nəcəfiyə həsr olunub.
Animasiya filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin maliyyə dəstəyi ilə Anımafılm Studio tərəfindən istehsal olunub.