Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı yeni əməliyyat keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə ərazisində İrana xidmət edən şəxslərin ifşa edilməsi və cəmiyyətdə apardıqları təxribatçı fəaliyyətlərinin qarşısını almaq məqsədilə silsilə tədbirləri davam etdirirlər.

Bu istiqamətdə Azərbaycanda İranın casus şəbəkəsinə qarşı yeni əməliyyat keçirilib və daha 4 nəfəri yaxalayıb.

İrana işləməkdə şübhəli bilinən daha 4 nəfər şəxstutulub. Onlar ibarətdirlər:

▪️ Müsəlman Birliyi Hərakatının üzvü Mehman Qarayev;

▪️ Sumqayıt sakini Seyyid Cahangir;

▪️ Elxan Zaman;

▪️ Fədaim Cəfərov.

Qeyd edək ki, indiyə qədər çox sayda İran casunu Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən müəyyənləşdirilərək həbs edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …