Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanda “Mustafa Kamal Atatürk” təlimlərinə hazırlıq sürətlə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, Azərbaycanda 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …