Çərşənbə axşamı , May 5 2026
azfa

Azərbaycandan Fransanın Ermənistanla bağlı sözlərinə sərt reaksiya

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikrinə münasibət bildirib.

Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu barədə deyib: “Fransa Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir”.

Onun sözlərinə görə, İrəvanı “revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir”:

“30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir”.

XİN-in sözçüsü qeyd edib ki, “dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik”.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …