Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanı nüvə ilə təhdid edən rusiyalı deputat üzr istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.

 “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində çıxışı zamanı “Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik” deyən deputat bu sözlərinə görə peşman olub.

Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edib və səhvinə görə üzr istədiyini bildirib.

“Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır və mən bu tövsiyələri tam yerinə yetirəcəyəm. Müdafiə Nazirliyimiz sülhməramlılarla vəziyyəti müzakirə etdikdən sonra Azərbaycan qoşunları geri qayıdıb və Azərbaycan Müdafiə Nazirliyi çox nəzakətlə izah etdi ki, qoşunları heç yerə getməyib. Mənim sözlərimdən sonra qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş hər kəsdən üzr istəyirəm”, – deyə deputat sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edib ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …