Şənbə , May 17 2025
azfa

Azərbaycanın da iştirak etdiyi Türkiyədəki təlimlər davam edir

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Görüntülərdə təlim iştirakçılarının qarlı və dağlıq ərazilərdə yerinə yetirdiyi çətin tapşırıqlar əks olunur.

Nazirlik bəyan edib ki, təlim uğurla davam edir.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …