Çərşənbə , Sentyabr 9 2026
azfa

Azərbaycanın da qatıldığı xüsusi təyinatlılarının təlimi Türküstanda davam edir – Video

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi davam edir.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları poliqonda yaradılmış təlim nöqtələrində taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki məşqləri yerinə yetirirlər.

Çoxmillətli qruplar halında keçirilən döyüş hazırlığı məşğələləri iştirakçı ölkələrin hərbi qulluqçularının təcrübəsindən bəhrələnməyə və onların tətbiq etdiyi forma və metodları mənimsəməyə imkan yaradır.

Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısında yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırığı qoyulub.

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə xüsusi təyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

Bu cür təlimlər bölgələrdə sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə səylərin birləşdirilməsinə xidmət edir və şəxsi heyətin qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrasına böyük töhfə verir.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …