GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəal doktor Hüseyn Xudayi Təbrizdə Mehdi Dehqaninin sədrliyi ilə keçirilən İran İslam Respublikasının İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, keçən il dekabrın əvvəllərindən rejimin təhlükəsizlik qüvvələri onun iş yerinə basqın edərkən, doktor Hüseyn Xudayini döydükdən sonra qaçıraraq naməlum bir yerə aparmışdılar.