Bazar ertəsi , İyul 27 2026
azfa

Azərbaycanın hərbi təyyarələri Türkiyədə uçuşlar həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar icra olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və ikiyerli təlim-döyüş F-16 qırıcı təyyarələrində türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər.

Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qaydalarına riayət etməklə uçuş-enmə zolağında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər.

Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Yıldızları” aviaqrupu müxtəlif manevrlər ediblər.

Həmçinin yoxlayın

ABŞ İranda etirazçıların edamlarının dayandırılmasını istədi

GADTB: ABŞ Dövlət Departamenti İranda etirazçılara qarşı tətbiq olunan edam cəzalarını tənqid edərək, siyasi məhbusların …

İsrailin sabiq baş naziri: İranla müharibə zamanı internetə çıxışın davamlılığını təmin etməli idik

GADTB: “Ynet” nəşrinin məlumatına görə, İsrailin sabiq baş naziri Naftali Bennett İsrail Milli Təhlükəsizlik Araşdırmaları …