Çərşənbə , Yanvar 15 2025
azfa

Azərbaycanın tarixi Qobustan bölgəsində yeni tarix üzə çıxdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda yerli və amerikalı arxeoloqlar yaşı dörd min ildən çox olan qaya üzərində yonulmuş oyun lövhəsi aşkar ediblər.

Xezerxeber.az-ın məlumatına görə, tapıntı Qobustan Dövlət Bədii Tarixi Qoruğunun ərazisində aşkar edilib.

Qoruğun elmi katibi Rəhman Abdullayevin sözlərinə görə, bu oyunun ilk nümunələri eramızdan əvvəl 3-cü minillikdə Misirdə meydana gəlib. Müxtəlif formalarda oynanılan bu oyunun formalarından biri də “58 damalı Tazı-Çaqqal oyunu” adlanan oyundur ki, Qobustan qoruğunda bunun bir nümunəsi aşkar edilib. Dünya ictimaiyyətinin marağına səbəb olan bu tapıntının aşkara çıxarılması da maraqlı olub. Qoruqda düşərgənin girişini bağlayan qədim hörgü qalığının ətrafına yığılan torpaq qatını təmizləyən zaman bu oyun löhvəsi ortaya çıxıb. Bundan sonra isə həmin ərəfədə ölkəyə səfər edən amerikalı arxeoloq Volter Kristə bu barədə məlumat verilib.

Dünyanın ən qədim taxt oyunlarından biri hesab olunan bu oyunu güman edilir ki, Azərbaycanın ərazisində yaşayan köçəri maldarlar oynayıb.Təqdiqatçılar oyunu qaya üzərində oyulmuş dəliklərin sayına görə “58 damalı Tazı-Çaqqal oyunu” adlandırıblar.

Arxeoloq Volter Krist tapıntının qədim Misir fironu IV Amenemhetin məzarında tapılan taxt oyunu ilə oxşarlığını aşkar edib. Ehtimal olunur ki, oyunun başlıca məqsədi taxtın sonuncu dəliyinə hamıdan tez çatmaq olub və oyunçular lövhə üzərində sümüklərdən istifadə edərək müəyyən gedişlər ediblər.

Rəhman Abdullayev deyir ki, arxeoloqlar bu oyunun dini xarakterli oyun olmasını da ehtimal edirlər.

 

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …

Bir cavab yazın