Bazar , Sentyabr 27 2026
azfa

Traxturun yarışnda 21 Azər hərəkatının ildönümü anıldı, milli şüarlar səsləndirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci dekabrın 14-də Təbrizdə Traxtur futbol komandası ilə Xuzistanın Fulad komandası arasında keçirilən yarışda 21 Azər – Azərbaycan Milli Hökumətinin ildönümü azərbaycanlı gənclər və milli-mədəni fəallat tərəfindən anıldı.

Traxturun tərəfdarları, xüsusilə ərdəbilli fəallar stadionun yolunda Azərbaycan Milli Hökumətinin şəhidləri və onların ideyalarını xatırladan yazılı parça nümayiş etdiriblər. Parçaya “Milli şəhidlərimizin qutsal yolu davam edir; 21 Azər, Ərdəbil- Azərbaycan Milli Hərəkatı” sözü yazılıb.

Həmçinin Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü münasibəti ilə stadionda plakatlar da qaldırılıb. Plakatlarda milli hökumətin başçısı mərhum Seyid Cəfər Pişəvəri və onun silahdaşlarının təsviri əks olunub.

Stadionda 70 mindən çox azərbaycanlı tamaşaçı iştirak edib.

Azərbaycanlı fəallar və tamaşaçılar milli şüarlar o cümlədə “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndirməklə Azərbaycan türkcəsinin məktəb və universitetlərdə tədrisini tələb etdilər. Stadionda digər milli şüarlar, o cümlədən “Azərbaycan bir olsun-mərkəzi Təbriz olsun” və s. şüarlar səsləndirilib.

 

 

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın