Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanın Tehrandakı səfirliyin bərpası müzakirə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan və İran xarici işlər naziri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.

Görüş zamanı nazirlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan səfirliyə hücum edən terrorçunun ən sərt şəkildə cəzalandırılmayacağı təqdirdə səfirliyin fəaliyyətini bərpa etməyəcəyini açıqlamışdı.

Azərbaycan Səfirliyinə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm cəzası çıxarılıb.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz diplomatlarının tezliklə İrana qayıdacağı istiqamətində işlər görəcəyinə razılıq verib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …