Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı alimin vəkili: Müvəkkilimin işinə yenidən baxılmasını tələb etdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alim İran-İsveç vətəndaşı Əhmədrza Cəlalinin vəkili bir neçə gün əvvəl müvəkkilinin barəsində açılan məhkəmə işinə yenidən baxılmasını istədiklərini deyib.

Bu barədə Həlale Musəvian “France Press” xəbər ajansına açıqlamasında məlumat verib. O bildirib ki, məhkəməyə Cəlalinin nüvə alimlərinin müəyyən edilməsində heç bir rolunun olmaması ilə bağlı sübutlar təqdim edilib və buna görə də, onun cinayət işinə yenidən baxılması tələb olunub.

İran rejimin televiziya kanalı da Əhmədrza Cəlalinin işgəncə altında aldıqları etirafları bu günlərdə yayınladıqları bildirilir.

Qeyd edə ki, İran hökuməti Təbrizdən olan azərbaycanlı alim və İran-İsveç vətəndaşı Əhmədrza Cəlaliyə qarşı “terrora məruz qalan iki nüvə alimi barədə məlumatların Mossada ötürülməsi” kimi saxta ittiham irəli sürərək 2017-ci ildə edam hökmünə məhkum edib. İsveç hökuməti və Cəlalinin yaxınları isə bu ittihamı qəti şəkildə rədd edirlər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …