Bazar ertəsi , Avqust 24 2026
azfa

Azərbaycanlı fəal Əli Rəzizadə Nadarlı zindana salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda yaşayan azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı həbs cəzasını çəkmək üçün bir sıra mədəni fəalların müşayiəti ilə Evin həbsxanasına yollanıb.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatının fəalı Əli Rəzizadə Nəzərlu Tehran İnqilab Məhkəməsinin hakimi Sələvatinin sədrlik etdiyi 15-ci şöbəsi tərəfindən “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni pantürkizm qrupuna üzv olmaq” ittihamı ilə 2 il həbsə məhkum edilib. Onun əlavə cəzalara, o cümlədən 2 il qruplara üzv olmağı və ölkədən çıxışı qadağan edilib. 

Məhkəmə qərarında deyilirdi: “…İnstaqramda etnik və pantürkist düşüncələrin təbliği və separatçı hərəkatların dəstəklənməsi sahəsində səhifənin yaradılması və pantürkist anti-təhlükəsizlik məhbuslarına dəstək verən videoçarxın dərc edilməsinə, GAMAC , Abbas Lasani, Lətif Hüsni və İbrahim Nuri və digərlərini himayə ediyi üçün 2 il həbsə, 2 il qruplara üzv olmaq və ölkədən çıxış qadağasına məhkum edilib.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …