Cümə , Dekabr 27 2024
azfa

Azərbaycanlı fəal Ərdəbil-Astara yolunda “Biz birik” şüarı ilə yürüş keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Meysəm Colani “Biz birik” şüarı ilə Ərdəbil-Astara yolunda yürüyərək, Güney Azərbaycanın həmin iki qədim şəhərinin coğrafi, tarixi, milli, mədəni və siyası ortaqlıq və birliyi nümayiş etdirmək istəyib.

Azərbaycanlı fəal son günlərdə Güney Azərbaycanın Astara və Ərdəbil şəhərləri arasında paniranistlərin məqsədli şəkildə gərginlik, parçalanma yaratma cəhdlərindən sonra bu addımı atıb. Bu məqsədlə ərdəbilli ətraf mühit fəalı Meysəm Colani bu gün iyunun 1-i səhər saatlarından barış, birlik və dostluq nümayişi amacı ilə 75 kilometrlik Ərdəbil-Astara yolu boyunca “Biz birik” şüarı ilə hərəkətə başlayıb.

Bundan öncə isə Ərdəbil və Astaradan olan azərbaycanlı fəallar “Instagram” sosial şəbəkəsində “Ərdəbil-Astara” səhifəsi yaradaraq, kompaniya başladıblar. Kompaniyaya qoşulan azərbaycanlılar “Ərdəbil-Astara qardaşdır, Ərdəbil-Astara Azərbaycandır” məzmunlu video müraciətlər yayıblar.

Qeyd edək ki, bir neçə gün öncə panfarsist cərəyanlara bağlı qeyri-türk şəxslər Astarada ərdəbillilərə hücum edib və onları döyüblər. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz türklərini təhqir ediblər. Paniranist və irqçi farslar azərbaycanlıların birliyindən qorxuya düşərək belə iyrənc üsullarla Azərbaycan şəhərləri arasında süni ixtilaf yaratmağa çalışırlar.

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …