Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycanlı fəal Hüseyn Səttari İran rejiminin təzyiqlərilə qarşılaşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı fəal Hüseyn Səttari türkcə təqvimə görə İran rejiminin təzyiqlərilə qarşılaşıb.

Azərbaycanlı fəal bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

Məlumata görə, Güney Azərbaycanın Miyana şəhərindən olan azərbaycanlı fəal Hüseyn Səttari İranın ETTELAAT məmurları tərəfindən təzyiqlərə məruz qalıb.

Səttari türkcə təqvim çap etdirdiyi üçün İranın ETTELAAT məmurlarının basqıları ilə qarşılaşıb. O rejiminin məmurları tərəfindən dindirilib və ona məxsus mobil telefon və noutbuk qanunsuz olaraq alınıb.

Azərbaycanlı fəa bu barədə yazıb: “Türkcə təqvim çap etdiyim üçün üç ETTELAAT məmuru göndərib və onu mağazanın divarından qoparıb aparmaları, noutbuk və mobil telefonunu götürmələri təhqirin son həddidir. Miyana şəhərinin ETTELAAT İdarəsi noutbuk və telefonumu aldılar. Onlar 48 saat yoxlamadan sonra mobil telefonumu verdilər lakin komputerimi özümə qaytarmadılar”.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …