GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal və siyasi məhbus Saleh Molla Abbasi 7 günlük məzuniyyəti başa çatdığı üçün cəzasının qalan hissəsini çəkmək üçün dekabrın 28-də yenidən Əhər şəhərində rejimin zindanına qaytarılıb.
Dekabrın 4-də həbs olunaraq 91 günlük həbs cəzasını çəkmək üçün Əhər şəhərində rejimin zindanın köçürülən azərbaycanlı fəal Saleh Molla Abbasi yaxınlarından birinin vəfatına görə dekabrın 21-də 7 günlük məzuniyyətə buraxılmışdı.
Qeyd olunub ki, azərbaycanlı fəal keçən il oktyabrın 17-də İranda keçirilən etirazlar zamanı ETTELAAT məmurlarının hücumu ilə həbs edilib və Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasına aparılmış və noyabrın 18-də o, 17 gün aclıq aksiyasında qaldıqdan sonra Təbrizdə rejimin həbsxanasından zaminə buraxılmışdı.
Saleh Molla Abbasi 2 saylı Cinayət Məhkəməsinin 101-ci şöbəsi tərəfindən “ictimai rəyi çaşdıracaq məlumatlar yaymaq” ittihamı ilə 3 ay 1 gün həbs cəzasına məhkum edilib. Azərbaycanlı milli fəal dəfələrlə milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.