Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı fəallar azadlığa çıxan azərbaycanlı siyasi məhbuslarla görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildən olan bir qrup azərbaycanlı milli-mədəni fəalı həbsdən yenicə çıxan azərbaycanlı siyasi məhbuslar Yusif Kari, Mehrdad Şeyxi və məzuniyyətə buraxılan Əli Vasiqi ilə görüşüblər.

Keçirilən görüşdə azərbaycanlı fəallar və yenicə azadlığa çıxan azərbaycanlı siyasi məhbuslar İran rejimi vasitəsilə həbs edilə azərbaycanlı siyasi məhbuslar  Abbas Lisani, Siyamək Mirzayi və Əlirza Fərşini dəstəkləməyin vacibliyinə təkid ediblər.

Qeyd edək ki, Yusif Karinin 2 illik həbs müddətinin bitməsinə 50 gün, Mehrdad Şeyxinin 6 aylıq həbs müddətinin bitməsinə isə 20 gün qalmış iyunun 28-də azadlığa çıxıblar. Əli Vasiqi isə eyni gündə 50 milyon tümən girov qarşısında bir həftəlik məzuniyyətə buraxılıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …