Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı fəal Yusif Sələhşur bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli fəal Yusif Sələhşur bəraət alıb.

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı bölməsində Əli Əhmədinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Təbrizdə yaşayan azərbaycanlı fəal Yusif Sələhşurə bəraət verib.

Azərbaycanlı fəalın ilkin məhkəməsi rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində keçirilmişdi. Noyabrın 15-də hakim Rza Füruğinin sədrliyi ilə keçirilən məhkəmədə azərbaycanlı fəal “Səs-küy salmaq və qanunsuz aksiyaya qoşulmaqla ictimai asayişi pozmaq”da ittiham edilmişdi.

Rejimin məhkəməsi azərbaycanlı milli fəalı 22 milyon 200 min tümən cərimə və 37 qamçı cəzasına məhkum etmişdi.

Qeyd edək ki, Yusif Sələhşur Təbrizdə etirazlarla bağlı iyulun 25-də rejimin təhlükəsizlik məmurları tərəfindən Təbrizdə yaxalanmışdı.

Azərbaycanlı fəal dindiriləndən sonra 11 avqustda Təbrizdə zindana köçürülüb və 14 avqustda girov qarşılığında zaminə buraxılmışdı.

İyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarının keçirilməsi zamanı Yusif Sələhşurla yanaşı çox sayda azərbaycanlı fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …