Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbildə Urmiya gölü ilə bağlı aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar Urmiya gölünün qurudulmasına qarşı başladılan kampaniyaya dəstək aksiyası keçiriblər.

Onlar şəhər məhəllələrinin divarlarına “Urmu gölünün ölümü=Azərbaycan uşaqlarının ölümü”, “#Urmu_gölü_can_verir” və “#Urmu_gölü” şüarları yazmaqla rejimin Urmiya gölünü qurutmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …