Şənbə , Aprel 27 2024
azfa

İran Azərbaycan-Türkiyə təlimindən 2 gün sonra Xəzərdə hərbi təlimə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistanı dəstəkləyən İran Azərbaycan-Türkiyə təlimindən 2 gün sonra Xəzərdə hərbi təlimə başladı.

İranın “Davamlı təhlükəsizlik 1400” adlı təlimlərində Hərbi Dəniz Qüvvələrinin gəmiləri, təyyarə və helikopterləri, pilotsuz uçuş aparatları, elektronik müharibə qurğuları, eləcə də ordunun xüsusi təyinatlıları iştirak edir.

Sülh və dostluq mesajı ilə keçirilən təlimlərdə İran HDQ-nin döyüş hazırlığı yoxlanılacaq, gənc kadrlarla təcrübə mübadiləsi aparılacaq.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq Natiq Miri qeyd edib ki, Azərbaycandan sonra İran da hərbi təlim keçirmək niyyətinə düşüb:

Azərbaycanda Xəzər dənizində hərbi təlimlər keçirib. Bu təkcə Hərbi Dəniz Donanmasının peşəkarlığını artırmaq və yoxlamaqdan ibarət deyil. Eyni zamanda Azərbaycanın dənizdə gücünü göstərməkdən ibarət idi. Belə ki, hərbi təlimlərdə Azərbaycanın Hərbi Dəniz Donanmasının xüsusi təyinatlı bölmələri də iştirak edib.

Həm suüstü, həm də sualtı qüvvələrin gücünü və peşəkarlığını nümayiş etdirdilər. Azərbaycandan sonra İran Hərbi Dəniz Donanması da Xəzər dənizində hərbi təlimlər keçirmək niyyətinə düşüb”.

Politoloqun fikrincə, təlimlərin əsas məqsədi 3-cü qüvvənin Xəzər dənizinə buraxılmayacağına dair bir mesajdır:

“Rusiya və İran Xəzər dənizində 3-cü bir dövlətin olmasını istəmir. Xüsusən də Amerikanın və NATO qüvvələrinin Xəzərə müdaxiləsini istəmirlər. Ona görə də hərbi təlimləri bu cür dəyərləndirmək lazımdır”.

Xatırladaq ki, iyunun 22-dən 23-dək Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər keçirib.

Taktiki təlimlərdə 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və kater, 2 helikopter iştirak edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …