Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəallardan Muğanda Urmiya gölünün qurudulmasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar  Urmiya gölünün qurudulmasına etiraz ediblər.

Muğan (Parsabad) şəhərinin bir qrup milli fəalı Savalan dağının və Muğan şəhərinin zirvəsində Urmiya gölünün bərpasına çağıran plakatlar nümayiş etdiriblər.

Azərbaycanlı fəallar Muğanda Şəhriyar heykəlinin qarşısında ingilis dilində pankart tutaraq Urmiya gölünün bərpasına və bu ekoloji fəlakətin qarşısında İran hökumətinin fəaliyyətsizliyinə son qoymağa çağırıblar.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …