Cümə , İyun 28 2024
azfa

Azərbaycanlı fəallarm Ərdəbildə molla rejimin prezident seçkilərini boykota çağırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya və Təbrizdən sonra Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar molla rejimin prezident seçkilərini boykota çağırmaq məzmunlu vərəqələr çap edib geniş şəkildə yaydılar.

Azərbaycanlı fəalların yaydığı vərəqələrdə bildirlir ki, Azərbaycan türk millətinin torpağının qorunub saxlanması və milli hüquqlarının reallaşması ilə nəticələnməyən seçkilərdə iştirak etmək əsarət zəncirlərini gücləndirən amildir.

Azərbaycanlı milli fəallar yaydıqları etiraz vərəqələrində molla rejimin prezident seçkilərinə iştirak etməyəcəklərini bildirib, azərbaycanlıları da seçkiləri boykot etməyə çağırıblar.

İctimai yerlərə yapışdırılan vərəqələrdə yazılıb: “Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”.

Vərələrdə həmçinin yazılıb: “Azərbaycan milləti tarix boyu Urmiya, Maki, Sulduz, Xana, Soyuqbulaq, Qəzvin, Həmədan, Savə, Bicar, Qürvə, Sunqurdan Astara və Ənzəli şəhərlərinə kimi Qəhrəman Təbrizlə birgə heç bir zalm bayrağı altına girməyib və heç bir qeyri-legitim hakimiyyətin qurulmasının vasitəsinə çevrilmədiyini göstərmişdir. Azərbaycan xalqı bütün şəhər və kəndlərində ancaq öz müqəddəratını təyin etmək hüququnun,  azadlığının, ədalətinin və milli hökumətinin bərqərar olmasına xidmət edəcək seçkilərdə iştirak edəcək”.

Azərbaycanlı milli fəallar İranda yaşayan etnik qrupların, xüsusən də Güney azərbaycanlıların hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini  vurğulayaraq, Tehran rejiminin seçki şousuna qatılmayacaqlarını bildiriblər.

Həmçinin yoxlayın

Fərzanə Qarahəsənli əməliyyatdan sonra ağır vəziyyətdə yenidən zindana aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın K\ərəc sakini olan siyasi məhbus Fərzanə …

Sayın Mikayil bəy Oytanın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması zərurəti barədə Penni Vonqa məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …