Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejiminin prokuror azərbaycanlı fəalın müdafiəsini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Rəşidi ona qarşı irəli sürülən ittihamlarla bağlı özünün müdafiəsinin rejimin Xiyavdakı (Meşkinşəhr) Prokurorluğu tərəfindən rədd edildiyini açıqlayıb.

Azərbaycanlı milli fəal “İnstagram” hesabında bununla bağlı paylaşım edərək yazıb: “Yekun məhkəmə iclasında müdafiəmə diqqət yetirilməməsi ilə yanaşı, bu ittiham aktında daha ağrılı bir məqam da var. İttihamnamədə 2023-cü il dekabrın 30-dan 2024-cü il fevralın 22-dək həbsdə qalmağımı girov ödəyə bilməməyim səbəbindən olduğu bildirilib. Ancaq unudublar ki, qardaşım və anam o günlər ərzində istənilən girovu əllərində saxlayaraq, Prokurorluq dəhlizində gözləyiblər. Buna baxmayaraq, Prokurorluq girov məbləğini qəbul etməyib”.

Qeyd edək ki, Azərbaycanlı jurnalist və milli-mədəni fəal İbrahim Rəşidi ötən ilin dekabr ayının 30-u Güney Azərbaycanın Meşekinşəhr bölgəsinin Mirkəndi kəndində evindən yaxalanaraq istintaq idarəsinə aparılmışdı.

İbrahim Rəşidiyə qarşı “sosil şəbəkələrdə yalan məlumatlar paylaşmaq” ittihamı irəli sürülmışdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …