GADTB: Tehrandakı Evin zindanında həbsdə saxlanılan azəbaycanlı işçi fəalı Rza Şəhabinin müalicəsinə icazə verilmir.
Bir neçə xəstəlikdən əziyyət çəkən və ürək çatışmazlığı səbəbindən ağır vəziyyətdə olan Rza Şəhabi həbsxanada huşunu itirib.
O, müalicə üçün xəstəxanaya köçürülsə də, iki saat sonra geri qaytarılıb və ağır vəziyyətdə kameraya salınıb.
Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.
O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il həbsdə qalıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət almışdı.