Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı işçi fəallı Rza Şəhabinin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü Rza Şəhabinin həyatı təhlükədədir.

Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının yaydığı məlumatda bildirilib ki, Rza Şəhabinin səhhətinin ağır olmasına və həkimlər heyətinin onun təcili əməliyyat edilməsi barədə qərarına baxmayaraq, işçi fəalın xəstəxanaya köçürülməsinə icazə verilmir.

Həmkarlar ittifaqının bəyanatında bununla bağlı deyilir: “Bu, Rza Şəhabinin həyatına qarşı məqsədli sui-qəsddir, baş verəcək xoşa gəlməz hadisəyə görə hakimiyyət və həbsxana rəhbərliyi məsuliyyət daşıyır”.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il həbsdə qalıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət almışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …