Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı jurnalist məhkumluq dövrünü bitirərək sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay şəhərində “Miyandab press” xəbər portalının məsulu Mənuçehr Ağayi həbs müddətini bitdiyi üçün  rejimin Qşaçaydakı zindanından azadlığa çıxıb.

Bu barədə Mənuçehr Ağayi özünün tvitter hesabında məlumat paylaşaraq, yazıb ki, 8 ay həbs cəzasını bitdirib və sərbəst buraxılıb.

Ağayi yazıb: “8 ay bitdi. Mənim barəmdə qərar verən şəxs bir neçə günlük şəhərimizdə qonaq olduğu, yerlilərimizin qonaqpərvərliyini gördüyü üçün özündən razı qalmışdı. Ancaq mənim inandığım tanrı xalqın haqqının tapdalanmasına razı olmaz. Mən çoxdan sınıq qələmlə yazıram”.

Qeyd edək ki, azərbaycanlı journalist və sosial media fəalı Mənuçehr Ağayi 2021-ci il oktyabrın 27-də Məhkəmə Qərarlarının İcrası İdarəsinə müraciət etdikdən sonra saxlanılıb və Qoşaçay zindanına köçürülmüşdür.

Mənuçehr Ağayi mədəniyyət və media üzrə məhkəmə iclası keçirilmədən rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 aylıq həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …