Bazar , Oktyabr 18 2026
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı sənətçi azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərləyib həbs etdiyi azərbaycanlı sənətçi Abbas Nikrəvan rejimin Salmasdakı zindanında sərbəst buraxılıb.

Azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan mayın 7-də Salmas şəhərinin məhkəmə məmurları tərəfindən yaxalanaraq bu şəhərin zindanına köçürülmuşdur.

İran rejiminin Salmas şəhərindəki Cinayət Məhkəməsinin 102 saylı şöbəsi sənətçi barəsində “Kiberməkanda sistemə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzasının verilməsinə baxmayaraq, o bundan öncə təcridxanada həbsdə saxlanıldığı günlərin də nəzərə alınması ilə həbs müddətini bitirərək, sərbəst buraxılıb.

Qeyd edək ki, Abbas Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün rejimin Urmiyadakı ETTELAAT İdarəsinin təcridxanasına köçürülmüşdü.

Əslində Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan azərbaycanlı fəal və musiqiçi ETTELAAT təcridxanasında sorğu-suala çəkildikdən sonra rejimin Urmiyadakı zindanına köçürülüb və sentyabrın 22-də 600 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı sənətçi həmçinin 2014 və 2018 illərdə də müvafiq olaraq bir toy mərasimində və Babək Qalası Qurultayı ərəfəsində rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …