Şənbə , Mart 15 2025
azfa

Azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs üçün zindana salındılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 6-da azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs cəzasını çəkmək üçün zindana salındılar.

Qeyd edək ki, ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da rejimin terrorçu Sepahının təhlükəsizlik qurumu tərəfindən yaxalanıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdılar.

Azərbaycanlı fəallar şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən keçən ilin avqust ayında 6 ay həbsə məhkum edilmişlər. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətində yerləşən Apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Azərbaycanlı fəallar “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşlar.

Cəfər İsmailzadə Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanmışdır.

Həmçinin yoxlayın

Azərbaycanlı kinorejissor və müstəqil jurnalist Məhəmməd Əlimuradi irqçi farslar tərəfindən təhdid edilib

GADTB: Güney Azərbaycandan olan sənədli film rejissoru və müstəqil jurnalist Məhəmməd Əlimuradi irqçi fars qruplar …

G7-dən İrana xəbərdarlıq: İran heç vaxt nüvə silahı əldə etməməlidir

GADTB: Dünən Kanadada keçirilən görüşdə “Böyük Yeddilik” (G7) qrupunun xarici işlər nazirləri İranın heç vaxt …

Bir cavab yazın