Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı milli fəal İbrahim Mühacir girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azəerbaycanlı milli-mədəni fəal İbrahim Mühacir yanvarın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Bir həftə həbsdə olan İbrahim Mühacir 500 milyon rial girov qoymaqla Təbrizdə rejimin Mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, İbrahim Mühacir Təbrizin Vadi Rəhmət qəbiristanlığında keçirilən şəhid Aylar Həqqinin 40 mərasimi zamanı rejimin məmurları tərəfindən həbs edilmişdir.

Molla rejimi şəhid Aylar Həqqinin 40 mərasiminə gələn azərbaycanlılardan ən azı 10 nəfəri həbs etmişdi.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …