GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Güney Azərbaycan Milli Hərəkatının fəalı Yürüş Mehrəlibəyli 500 milyon tümən girov qarşılığında Təbrizdə rejimin zindanından zaminə buraxılıb.
Çox sayda fəalın qarşılaması ilə azərbaycanlı fəal zaminə çıxıb.
Qeyd olunub ki, 2023-cü il noyabrın 7-dən həbs edilən güneyli fəal Təbrizin ETTELAAT İdarəsinin təcridxanasında təhlükəsizlik qüvvələrinin təzyiqləri altında saxlanılmışdı.