Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı milli fəalların qeyri-müəyyən həbsi hələ də davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Ayaz Seyfxah, Əbdüləziz Əzimi Qədim, Kamal Nuri, Baqir Hacızadə, Araz Aman və Tahir Nəqəvinin həbs olunmasından bir ay keçməsinə baxmayaraq, onlara qarşı açılan məhkəmə işləri qeyri-müəyyən vəziyyətdə qalır.

Azərbaycanlı milli fəalların məhkəmə işlərinə aydınlıq gətirilmədən Tehrandakı Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Qeyd edək ki, uzun müddət keçməsinə baxmayaraq həmin azərbaycanlı milli fəallar müvəqqəti sərbəst də buraxılmırlar. Bununla yanaşı, onlara qarşı irəli sürülən ittihamlar hələ də bəlli deyil.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …