Molla rejimi Urmiyada narkobaron və beynəlxalq axtarışda olan kürdə təqdir mərasimi keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmək məqəsədilə gəlmə kürdlərdən olan Urmiyada narkobaron və beynəlxalq axtarışda olan Naci Şərif Zindəştiyə təqdir mərasimi təşkil edib.

Mərasim aprelin 5-də Urmiya şəhərində keçirilib. Şəhərin “Vəhdət” zalında keçirilən mərasimdə Qərbi Azərbaycan əyalətinin baş hakimi Nasir Ətəbati və başqa vəzifəli şəxslər, polis və terrorçu Sepah zabitləri və komandirləri iştirak edib.

Mərasimi keçirən rejimin məmurları narqobaran, insan alverçisi və ninayətkar Zindəştini “xeyriyyəçi” kimi təqdim edərək, onun fəaliyyətlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Naci Şərif Zindəşti 2007-ci ildə İranda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli açılmış cinayət işinə görə həbs edilərək edama məhkum edilib. Lakin molla rejimin pərdəarxası köməyi ilə istintaqdan yayınaraq Türkiyəyə “qaçmağa” nail olub.

2018-ci ildə isə İstanbul Prokurorluğu bu şəxsə qarşı silahlı cinayətkar dəstə yaratma, narkotiklərin qanunsuz dövriyyəsi, adam oğurluğu və qəsdən adam öldürmə ittihamları irəli sürüb. Lakin o, bundan bir müddət sonra hansısa gizli əllərin yardımı və ehtimal edilən anlaşmalar nəticəsində  yenidən İranda peyda olub. Terror təşkilatı- Sepah komandirləri ilə yaxın münasibətdə olduğu bildirilən Naci Şərif Zindəşti  onların və İran ETTELAAT Nazirliyinin nəzarəti ilə bölgədə əsas narkotik maddələrin qaçaqmalçılarından biridir. O, İran dövlətinin sifarişi ilə müxalifləri Türkiyədəön oğurlayaraq molla rejiminə təhvil verib. Hazırda o törətdiyi cinayətlərə görə beynəlxalq axtarıçdadır. Lakin molla rejimin istəyi ilə Urmiyada molla rejimin Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmə prosesini həyata keçirir.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …