GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu il mart ayının 14-də Tehranda tutularaq Evin zindanına salınan azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədinin müvəqqəti saxlanma müddəti aprel ayının 30-dək uzadılıb.
Məlumata görə, Behnam Nurməhəmmədinin ailəsi mart ayının 22-də Tehran Məhkəməsinə müraciət etdikdə onlara bildirilib ki, fəalın müvəqqəti saxlanma müddəti aprelin 30-dək uzaldılıb.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi 9 gün əvvəl Tehranda öz iş yerində irqçi fars rejiminin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Fəal mədəni fəaliyyətlərlə bağlı, o cümlədən türkcə təqvim çap etdiyinə görə irqçi fars rejimi tərəfindən saxlanılıb. Bu isə irqçi fars rejiminin nə dərəcədə antitürk və irqçi olduğunu açıq sübutdur.